Şahin Kazımzadə paralimpiya komitəsində müşavir təyin edildi

Şahin Kazımzadə paralimpiya komitəsində müşavir təyin edildi

Milli Paralimpiya Komitəsində yeni təyinat gerçəkləşib.

"Mediasport" xəbər verir ki, Şahin Kazımzadə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidentinin müşaviri təyin edilib.

O, daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Şahin Kazımzadə Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.