FOTOLAR: Fərid Qayıbov İsrailin Azərbaycandakı səfirini qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krauszu qəbul edib.
"Mediasport" xəbər verir ki, görüşdə Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
İkitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.