"Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq" - Ramiz Məmmədov

"Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq" - Ramiz Məmmədov

"Klub rəhbərliyinə təşəkkür edirəm ki, etimad göstərərək dəvət göndərdilər. Onların güvənini doğrultmağa çalışacağıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.

1-ci Liqa klubuna yeni təyin edilən Pro kateqoriyalı mütəxəssis hədəflərinin Premyer Liqaya vəsiqə qazanmaq olacağını bildirib:

"Mingəçevir mənim üçün doğma şəhərdir. Burada futbola başlamışam, oyunçu-məşqçi, kapitan olmuşam. Üstəlik, Mingəçevirdə iki dəfə final oynamışam.

Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq. İlk növbədə komanda yığmalıyıq. Hər mövqeyə - qapıdan tutmuş hücum xəttinə qədər - oyunçu alınmalıdır. Tanıdığım, təcrübəli və perspektivli futbolçuları dəvət etməyə çalışacağam. Məqsəd "Mingəçevir"i çempion etməkdir. İnşallah, yaxın günlərdə hazırlıq planı qurub hədəfə çatmaq üçün işə başlayacağıq. Bildiyimə görə, çempionat sentyabrda başlayacaq. Yəni vaxtımız var".

Qeyd edək ki, təcrübəli məşqçi "Mingəçevir" klubunda Füzuli Məmmədovu əvəz edib.