"Neftçi"nin yetirməsi paytaxt klubuna geri qayıtdı - 3-cü DƏFƏ

"Neftçi"nin yetirməsi paytaxt klubuna geri qayıtdı - 3-cü DƏFƏ

1-ci Liqada çıxış edəcək “Səbail” növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Bayıl klubu növbəti dəfə Bahadur Həziyevi heyətinə qatıb.

Ötən mövsümü “İmişli”də keçirmiş yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, iki dönəm - 2019/2021 və 2023/2024-cü illər mövsümlərində "Səbail"də oynamış "Neftçi"nin yetirməsi MOİK və "Şamaxı"da da forma geyinib.