"Mingəçevir" və "Baku Sportinq" gözlənilmədən autsayderlərə uduzdu, "Səbail" 2-ci yerə qalxdı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 23-cü turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, "Şəfa" növbəti qələbə ilə liderliyini qoruyub.
Premyer Liqaya iddialılardan "Mingəçevir" və "Baku Sportinq"in məğlubiyyətindən maksimum yararlanna "Səbail" 2-ci sıranı ələ keçirib.
Mövsümün sonuna 4 tur qalmış "Şəfa" 52 xalla 1-ci, "Səbail" 43 xalla 2-ci, "Mingəçevir" 42 xalla 3-cü, "Baku Sportinq" isə 41 xalla 4-cüdür.
Azərbaycan 1-ci Liqası. 23-cü tur
22 aprel (çərşənbə)
“Şəfa” – MOİK 3:0
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu
“Cəbrayıl” – “Mingəçevir” 2:1
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu
“Zaqatala” – “Şahdağ Qusar” 0:1
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zaqatala OİK stadionu
23 aprel (cümə axşamı)
“Şimal” – “Baku Sportinq” 1:0
Hakimlər: Namiq Bəkirov, Məmmədəli Kərimov, Samir Qaracayev, Sənan Bayramzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK stadionu
“Difai” – “Səbail” 0:4
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Buzovna qəsəbə stadionu
