Elvin Bədəlov 200-ü haqladı

 Elvin Bədəlov 200-ü haqladı

Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, "Neftçi"nin müdafiəçisinin yubileyi Misli Premyer Liqasının X turuna təsadüf edib.

30 yaşlı futbolçu "Kəpəz"lə ev görüşündə (5:1) forma geyinib.

O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/2014 mövsümündə "Neftçi"də gerçəkləşib. O, "ağ-qaralar"ın heyətində 51 (1 qol), "Sumqayıt"da 149 (2 qol) oyun keçirib.

Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur.

Filip Ozobiç də "200"ü mövsümün gedişində arxada qoyub.