"Qarabağ" Taofik İsmail və Reda Xadranı transfer etdi - RƏSMİ

"Qarabağ" Taofik İsmail və Reda Xadranı transfer etdi - RƏSMİ

“Qarabağ” növbəti transferlərini gerçəkləşdirib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu heyətini iki yeni legionerlə gücləndirib.

Polşanın “Qurnik” (Zabje) klubundan 26 yaşlı hücumçu Taofik ismail ilə 3 illik müqavilə imzalanıb.

Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.

Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış etmiş forvard 2024-cü ildə “Qurnik”ə keçib.

O, "Lex”də də forma geyinib.

Almaniyalı vinger Reda Xadra ilə 2+1 illik müqavilə bağlanıb.

10 nömrəli formanı geyinəcək 25 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir.

2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birmingem”, “Seffild Yunayted” və “Bləkbörn”də forma geyinib.

“Reyms”ə 2023-cü ildə keçən futbolçu “Havr”da da çıxış edib.

Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, o, yay transfer pəncərəsində "atlılar"ın 10-cu transferidir.

Ağdam klubu daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkislə güclənib.