Lider səfərdə 7 qola sevindi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 11-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk iki oyun günündə 5 matç keçirilib.
Çempionluğa iddialı "Qaradağ Lökbatan" səfərdə 7 qolla qələbə qazanaraq liderliyini qoruyub.
1-ci Liqanı hədəfləyən "Marafon" və "Şirvan" kollektivləri növbəti 3 xallarını 5 cavabsız qolla qazanıblar.
Tura sabah 1 görüşlə yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası. 11-ci tur
15 noyabr (bazar)
“Ağstafa Gəncləri” – “Difai” 3:0
Ağstafa şəhər stadionu, 14:30
“Marafon” – “Şəki” 5:0
“Marafon Arena”, 14:30
16 noyabr (bazar ertəsi)
“Zəngəzur” – “Hypers” 2:2
Binə qəsəbə stadionu, 14:00
“Ağdaş” – “Şirvan” 0:5
Ağdaş şəhər stadionu, 14:00
“Kür-Araz” – “Qaradağ Lökbatan” 1:7
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00
17 noyabr (çərşənbə axşamı)
“Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu, 14:00

