Bölgə klubu Abubakardan sonra Musa Diallonu da transfer etdi
1-ci Liqa təmsilçisi "Şimal" heyətini daha bir legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, xaçmazlılar müdafiəçi Musa Diallonu transfer ediblər.
23 yaşlı kot-d'İvuarlı ilə 1 illik müqavilə bağlanıb.
Afrikalının son klubu Belarusda "Smorqon" olub.
Xatırladaq ki, əyalət təmsilçisi bu gün nigeriyalı yarımmüdafiəçi Umar Abubakarı da heyətinə qatıb.


