"Erkən qol uşaqlarda arxayınlıq yaratdı və bu, təsirini göstərdi"
"Birinci oyunda qazandığımız qələbə bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol uşaqlarda arxayınlıq yaratdı və bu, təsirini göstərdi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Ruslan Abışov deyib.
Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə cavab oyunu haqda danışıb, 2:0 hesablı qələbəni şərh edib:
"İkinci hissənin də əvvəlində fərqlənməyimiz eyni vəziyyəti yaratdı. Artıq hesabda 3:0 öndəydik. Amma əks-hücumlarda daha yaxşı oynaya, çox qol vura bilərdik. İndi bu matçı unudub, çempionata hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik.
Kurban Berdıyevin əsas göstərişləri nələr idi?
- Bacardığımız qədər dediklərini futbolçulara çatdırmağa çalışdıq. Əsas odur, qələbə qazandıq və mərhələni keçdik.
Finala çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Bizim üçün kubok vacibdir. Qarşıda "Zirə" ilə çətin oyun var. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır.
