"Liverpul" "Qarabağ"la oyun öncəsi səfərdə məğlubiyyət yaşadı
UEFA Çempionlar Liqasının son turunda "Qarabağ"la qarşılaşacaq "Liverpul" İngiltərə Premyer Liqasında növbəti dəfə məğlub olub.
"Mediasport" xəbər verir ki, Liqa mərhələsinin 8-ci turunda Azərbaycan çempionunu qəbul edəcək "qırmızılar" "Bornmut"a uduzublar - 2:3.
Arne Slotun komandası bununla çempionluq yarışından bir qədər də geri düşüb.
Aktivində 36 xalı olan "mersisaydlılar" lider "Arsenal"dan 14 xal geri qalırlar.
Xatırladaq ki, "Liverpul" - "Qarabağ" görüşü yanvarın 28-də "Enfild"də baş tutacaq.
