Millimiz Rusiya yığmasına qarşı
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi bu gün Belarusda start götürəcək Beynəlxalq İnkişaf Turnirində ilk oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, yığmamız Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:50-də başlanacaq.
U-18 turnir çərçivəsində fevralın 20-də Özbəkistan, 21-də Belarusla qarşılaşacaq.
