"Ferensvaroş" oyun üslubumuza uyğun olmayan rəqibdir" - VİDEO

"Ferensvaroş" oyun üslubumuza uyğun olmayan rəqibdir" - VİDEO

"Bir neçə gün yaxşı hazırlıq keçdik. "Ferensvaroş"u tam yaxından tanımırıq. Onlar tamamilə fərqli komandadır. Matçda çox fiziki güc sərf etməliyik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstan klubu ilə matçından öncə deyib.

Təcrübəli mütəxəssis "Ferensvaroş"un standart vəziyyətlərdən ciddi yararlandığını bildirib. O, rəqibin "Qarabağ"ın oyun üslubuna uyğun olmadığını da söyləyib.

Xatırladaq ki, sabah Budapeştdə reallaşacaq "Ferensvaroş" - "Qarabağ" dueli Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Komandalar avqustun 27-də Bakıda cavab qarşılaşmasına çıxacaqlar.