"Qarabağ" azarkeşlərin söyüşlərinə görə AFFA-ya 8700 AZN ödəyəcək

"Qarabağ" azarkeşlərin söyüşlərinə görə AFFA-ya 8700 AZN ödəyəcək

AFFA İntizam Komitəsi "Qarabağ"ı da azarkeşlərinə görə cərimələyib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi ümumilikdə quruma 8700 manat cərimə ödəyəcək.

Premyer Liqanın 22-ci turunun "Sabah"la oyununda 5 oyunçusu sarı vərəqə alan "atlılar"ın cəriməsi 700 manatdır.

Klub azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün 8000 manat ziyana düşüb.

Komanda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Şamaxı" ilə cavab oyununda (3:1) yaşananlara görə də cərimələnib.

"Köhlən atlar" 89-cu dəqiqədə meydana kənar şəxsin daxil olmasına görə 700 manat geri düşüb.