"Kəpəz" 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağladı
"Kəpəz" akademiyanın 15 yaşlı yetirməsi Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, yeniyetmə futbolçu U-19, Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək fürsəti qazanıb.
Əlisahib Gəncə klubunun tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı olub.
O, təəssüratlarını bölüşüb:
"Kəpəz"lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib etimadı doğrultmağa çalışacağam.
Məqsədim "Kəpəz"in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır.
Gələcəkdə Avropanın "Top-5" çempionatlarından birində forma geyinməyi arzulayıram.
Ən çox sevdiyim klub "Real"dır.. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm".

