RƏSMİ: San Tome və Prinsipi milli komandasının üzvü Azərbaycanda

2025-26 mövsümünə hazırlığını davam etdirən "Karvan-Yexlax" növbəti transferini gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı qapıçı Pedro Mateus ilə 1 illik müqavilə imzalanıb.
Pedro ölkəsinin "Feirense" klubunun formasını geyinib.
O, karyerası ərzində "Maritimo", "Olimpias Limpion"(Kipr), "Sanxoanense" klublarında oynayıb
28 yaşlı futbolçu San Tome və Prinsipi milli komandasının üzvüdür.