Fransa klubunun futbolçusu "Turan Tovuz"a transfer olundu - RƏSMİ
Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Turan Tovuz" heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, qərblilər Stiv Bönarı transfer ediblər.
“Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib.
O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” klublarının da formasını geyinib.


