"Sabah" milli komandanın futbolçusu ilə müqavilə bağladı
"Sabah" Tellur Mütəllimovla müqavilənin müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
2022-ci ildən Masazır təmsilçisinin formasını geyinən Tellur bu müddətdə 102 oyuna çıxıb.
O, "bayquşlar"la 1 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə Azərbaycan Kubokunun qalibi olub.



