"Şamaxı"nın yola saldığı futbolçuların sayı 11-ə çatdı

“Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, şirvanlılar Səbayıl Bağırovu yola salıblar.
Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, daha əvvəl komandanı Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimov tərk edib.