"Spartak" yetirməsinin Azərbaycan millisinə yolu açıldı - PASPORT aldı

"Spartak" yetirməsinin Azərbaycan millisinə yolu açıldı - PASPORT aldı

“Sabah”ın futbolçusu Ayaz Quliyev Azərbaycan pasportu alıb.

"Mediasport" xəbər verir ki, bu haqda Rusiyanın “Matç TV” kanalı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçinin idman vətəndaşlığını dəyişdiyi qeyd olunub.

Moskva "Spartak"ının yetirməsinin Azərbaycan yığmasında oynamaq üçün yolunun açıldığı bildirilib.

Qeyd edək ki, Rusiyanın U-19 və U-21 millilərində çıxış etmiş Ayaz U-19-la Avropa çempionu olub.

Bir neçə dəfə AFFA-dan aldığı əsas yığmada oynamaq təklifini qəbul etməyən futbolçu 2023-cü ilin yayından “Sabah”da forma geyinir.