Tərlan Əhmədli daha bir il Premyer Liqa klubunun formasını geyinəcək
"Araz-Naxçıvan" qapıçısı Tərlan Əhmədli yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, dəri əlcək sahibi daha bir il Muxtar Respublika təmsilçisinin uğurları üçün çalışacaq.
Tərlan 2024-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edir.
O, 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla, 11 oyuna çıxıb, 20 qol buraxıb və 2 matçda qapısını toxunulmaz saxlayıb.


