Çempionatı tərk edən komandanın baş məşqçisi 5 oyunluq cəza aldı

Çempionatı tərk edən komandanın baş məşqçisi 5 oyunluq cəza aldı

AFFA İntizam Komitəsi Azərbaycan 1-ci Liqası klubu "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadəyə ağır cəza verib.

"Mediasport" xəbər verir ki, mütəxəssis 5 oyunluq diskvalifikasiya edilib.

Buna Quluzadənin XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” görüşü bitdikdən sonra hakimləri təhqir etməsi səbəb olub.

Məşqçinin hərəkətinə görə Lökbatan təmsilçisi 400 manat cərimə ödəyəcək.

Qeyd edək ki, "Qaradağ Lökbatan" yarışın sonuncusu olmaqla 2-ci Liqaya düşüb.