Formula 1 üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi
Formula 1 üzrə Azərbaycan Qran-prisinin qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, finişə birinci çatan "Mersedes"in pilotu Corc Rassell Bakı mərhələsində 1-ci yeri tutub.
Britaniyalı avtopilot qalib adını 51 dövrəlik mübarizənin yekununda qazanıb.
"Red Bull"dan Maks Ferstappen ikinci, komanda yoldaşı İsak Hacar isə yarışı üçüncü başa vurub.

