Azərbaycan klubu Çempionlar Liqasında mübarizəni dayandırdı

 Azərbaycan klubu Çempionlar Liqasında mübarizəni dayandırdı

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz Lyüblyanada Sloveniyanın "ACH Volley" klubunun qonağı olub.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 1:3 (23:25, 25:23, 15:25, 18:25).

Ötən həftə Bakıda baş tutan ilk dueldə də rəqib qələbə qazanmışdı (3:1).

Beləliklə, "Xilasedici" avrokuboklarda yoluna CEV Çelenc Kubokunda davam edəcək.