Pley-offda oynayacaq komanda sonuncu turda müəyyənləşəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mövsümün sonuncu turunun oyun cədvəli açıqlanıb.
"Mediasport" xəbər verir ki, 27-ci turun görüşləri iki günü əhatə edəcək.
Xatırladaq ki, yarışda çempion, Premyer Liqaya vəsiqə qazanan və 2-ci Liqaya düşən kollektivlər məlum olsa da, pley-off oynayacaq komanda son turda müəyyənləşəcək.
Turnir cədvəlində 6-9-cu yerlərdə qərarlaşmış komandaların hər biri 2-ci Liqanın 4-cü komandası ilə pley-offda oynaya bilər.
Azərbaycan 1-ci Liqası. 27-ci tur
22 may
“Qaradağ Lökbatan” – “Qəbələ”
Lökbatan OİK stadionu, 17:00
“Mingəçevir” – “Karvan”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00
23 may
“Cəbrayıl” – “Zaqatala”
“ASCO Arena”, 15:00
“Baku Sporting” – MOİK
Binə qəsəbə stadionu, 15:00
“Difai” – “İmişli”
Şamaxı OİK stadionu, 15:00