Azərbaycanda 6 komandaya AFFA-dan texniki məğlubiyyət aldı
AFFA İntizam Komitəsi 6 komandaya texniki məğlubiyyət verib.
"Mediasport" xəbər verir ki, qərar qurumun bu gün keçirilən toplantısında açıqlanıb.
Region Liqasında bir neçə oyun komandaların təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.
Bu səbəbdən “Hacıqabul” – “Ucar” matçında “Ucar”, “Samur” – “Çinar Zəngilan” qarşılaşmasında “Çinar Zəngilan”, “Ağsu Siti” – “İmişli Bələdiyyəspor” görüşündə isə qonaq komanda oyuna gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
“Mərcanlı” – “Beyləqan” oyunu 42-ci dəqiqədə “Mərcanlı”nın meydanı tərk etməsi səbəbindən yarımçıq qalıb. Meydan sahiblərinə texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.
U-14 Liqasında isə “Ağdam” – “Kürdəmir” oyununa gəlməyən “Kürdəmir”, MOİK – “Yasamal Bakı” matçında meydana çıxmayan qonaqlar 0:3 hesablı texniki məğlubiyyət alıblar.
