"Qarabağ"ın Xorvatiya klubu ilə matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın Xorvatiya klubu ilə matçının biletləri satışa çıxarıldı

Oktyabrın 28-də UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk matçı çərçivəsində Suraxanıda keçiriləcək “Qarabağ” - “Dinamo” (Zaqreb) oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, "Azərsun Arena"da baş tutacaq qarşılaşma üçün biletlərin qiyməti 3 manat təşkil edir.

Biletləri iTicket.az saytı vasitəsilə əldə etmək mümkündür.

Görüş saat 15:30-da başlanacaq. Cavab matçı bir həftə sonra Xorvatiyada keçiriləcək.

Cütün qalibi 3-cü raundda "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.