Sabir Zeynalov karyerasında ilk dəfə dünya çempionu oldu!
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov karyerasında ilk dəfə dünya çempionu olub.
"Mediasport" xəbər verir ki, 21 yaşlı idmançı Cənubi Koreyanın Muju şəhərində keçirilən mundialda qızıl medal qazanıb.
58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda taypeyli Xiao Xianq-Ven, finalda isə son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edib.
2024-ci ildəki Yay Paralimpiya Oyunlarının bürünc medalçısı 2021-ci ldə İstanbulda keçirilən DÇ-də 3-cü yeri tutmuşdu.

