"Sabah"ın Avstriya planı: "Rapid" və "Pakşi" ilə üz-üzə gələcəklər

”Sabah”ın yay hazırlıq planı açıqlanıb.
"Mediasport" xəbər verir ki, "bayquşlar" iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcəklər.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Təmsilçimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakşi” (Macarıstan) komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasına hazırlaşan Masazır klubunun ilk matçı iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı olacaq.