Kamran Zeynalov Serbiyada Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Serbiyada Dünya Kubokunun qalibi oldu

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda əla nəticə göstərib.

Milli Paralimpiya Komitəsindən "Mediasport"a verilən məlumata görə, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

İdmnaçımız final yarışında 222 xal toplayıb.

Xatırladaq ki, Dünya Kubokunda Rafiq Əliyev və Aybəniz Babayeva da mübarizə aparacaq.