Azərbaycan yığmasının üzvündən Estoniyada iki gümüş medal

Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, idmançı yarışda iki gümüş medal qazanıb.
O, əvvəlcə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda ikinci yeri tutub. Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb.
Bu mərhələdə R.Lunyov ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib.