Azərbaycan millisindən Avropa çempionatında bürünc medal

 Azərbaycan millisindən Avropa çempionatında bürünc medal

Azərbaycan millisi Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanıb.

"Mediasport" xəbər verir ki, Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında üçüncü yeri tutub.

Komandamız medal görüşündə Almaniyadan olan həmkarlarına qalib gəliblər - 16:14.