Yığmamızın üzvü Lapua Avropa Kubokunda qızıl medal qazandı

 Yığmamızın üzvü Lapua Avropa Kubokunda qızıl medal qazandı

Atıcılıq üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən Lapua Avropa Kubokunda uğurlua çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz 25 metr mərkəzi atəş açma yarışında bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Lunev bu uğura təsnifat mərhələsində 583 xal toplamaqla nail olub.