"Karvan" yenə xal itirdi, "Difai" MOİK-in qapısından 3 top keçirdi

 "Karvan" yenə xal itirdi, "Difai" MOİK-in qapısından 3 top keçirdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 19-cu tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.

Premyer Liqaya iddialılardan "Karvan" növbəti dəfə xal itirib.

Turun mərkəzi matçı sabah Qəbələdə keçiriləcək.

Qış fasiləsindən sonra məğlub olmayan "Mingəçevir"in lider "Qəbələ" ilə dueli maraqla gözlənilir.


Azərbaycan 1-ci Liqası. 19-cu tur


“Zaqatala” – “Qaradağ Lökbatan” 0:0

Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, İslam Məmmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zaqatala OİK stadionu, 15:00 


MOİK – “Difai” 1:3

Hakimlər: Elvin Bayramov, Rəhman Aslanov, Zakir Şükürzadə, Alik Yunusov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elçin Məmmədov

Binə qəsəbə stadionu, 15:30 


“Karvan” – “Baku Sporting” 1:1

Hakimlər: Nicat İsmayıllı, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Emin Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Yevlax şəhər stadionu, 15:30


28 mart (cümə) 

“İmişli” – “Cəbrayıl”

Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Şamaxı OİK stadionu, 15:30


“Qəbələ” – “Mingəçevir”

Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Niyaz Əhmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu, 16:00