Bölgə klubunda yeni müqavilə
"Şahdağ Qusar" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi Seymur Əliyev daha bir mövsüm bölgə təmsilçisinin formasını geyinəcək.
Xatırladaq ki, 1-ci Liqa klubu buna qədər anqolalı Aqostinyo Çipesse ilə müqaviləni yeniləyib.


