Azərbaycan yığmasının iki üzvü “Qatar Open”də yarışacaq
Azərbaycanın iki taekvondoçusu Qətərin paytaxtı Dohada keçirilən altıncı “Qatar Open” beynəlxalq turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, yarışda milli komandanın üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli mübarizə aparacaqlar.
Təmsilçilərimiz yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında 63 kq çəki dərəcəsində yarışacaqlar.

