1-ci Liqa: "Səbail" çətin Mingəçevir səfərindən qələbə ilə qayıtdı
Futbol üzrə Azərbaycan 1-ci liqasında 18-ci tur davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.
Premyer Liqaya iddialı "Mingəçevir" və "Səbail"in duelini qonaqlar qazanıblar.
Elitaya vəsiqə üçün yarışan "Baku Sportinq" də turu qələbə ilə başa vurub.
Azərbaycan 1-ci liqası. 18-ci tur
11 mart (çərşənbə)
“Şimal” – “Şəfa” 0:2
Hakimlər: Elvin Bayramov, Samir Qaracayev, Rəşad Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı OİK stadionu
12 mart (cümə axşamı)
“Şahdağ Qusar” – MOİK 1:1
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı OİK stadionu
“Difai” – “Baku Sportinq” 1:3
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Ağsu şəhər stadionu
“Mingəçevir” – “Səbail” 0:1
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
13 mart (cümə)
“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu
