"Kəpəz"də yeni müqavilə - RƏSMİ
"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib.
"Mediasport" xəbər verir ki, "sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik anlaşma imzalayıb.
Cinah yarımmüdafiəçisi bu ilin yayında Gəncə klubuna keçib.
O, 2025/2026 mövsümündə 16 oyuna 2 qol vurub.
Xatırladaq ki, "Kəpəz" buna qədər Dioqu Verdaşka ilə müqavilənin müddətini uzadıb.


