"Kəpəz"də 3 yeni müqavilə - RƏSMİ

"Kəpəz"də 3 yeni müqavilə - RƏSMİ

"Kəpəz" üç futbolçusu ilə müqaviləni yeniləyib.

"Mediasport" xəbər verir ki, Əli Səmədov və Məmməd Hüseynovla bir, Ümid Səmədovla iki illik sözləşmə imzalanıb.

Əli ötən mövsüm "sarı-göylər"in heyətində 24 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Məmməd 7 matçda qərb təmsilçisinin qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.