"Kəpəz"in çarxı tərsinə dövran edir: İlqar Nadiri geri qayıdır!

Bir müddətdir qarışıqlıq hökm sürən "Kəpəz"də "sular durulmaq" bilmir.
Son 2-3 ildə rəhbər və baş məşqçi postlarının tez-tez yeniləndiyi Gəncə klubu növbəti gözlənilməzliyə hazırlaşır.
Redaksiyamıza verilən məlumata görə, Premyer Liqada keçirdiyi 5 oyunun hamısında uduzan və baş məşqçi Adil Şükürovla vidalaşan "sarı-göylər" sentyabrda yola saldığı İlqar Nadirini yenidən rəhbər vəzifəyə qaytarmağa hazırlaşır.
Hər mənada qeyri-müəyyənliyin hökm sürdüyü komandanın idarəçiləri iki həftə əvvəl qarşılıqlı razılıqla düşərgəni tərk edən sabiq İdarə Heyəti sədrinə xəbər göndəriblər.
Qərar verməyə tələsməyən Nadiriyə vəd olunub ki, gəlsin və yeni baş məşqçini də özü seçsin.
Qeyd edək ki, İlqar Nadiri klubda 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.
Mediasport.com.az