AFFA Region Liqasında çempion komandanın adı müəyyənləşəcək
Bu gün AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, final qarşılaşmasında "Zəngəzur" və "Marafon" üz-üzə gələcək.
Həlledici görüşdə qalib olan tərəf birbaşa Azərbaycan 2-ci Liqasına vəsiqəni təmin edəcək. Gümüş medalın sahibi isə pley-off matçına çıxacaq.
Saat 16:00-da start götürəcək görüş Şamaxı şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, bürünc medal uğrunda matçda "Biləsuvar" "Şəfəq"i məğlub edib (4:1).


