"Neftçi" Şamaxı səfərində meydana bir itki ilə çıxacaq
“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını davam etdirir.
"Mediasport" xəbər verir ki, “Turan Tovuz” ilə oyundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan komanda üzvləri “Palms Sports” Futbol Mərkəzində biraraya gəliblər.
Komanda trenajor zalında, sonra isə meydançada hazırlaşıb.
Heyətdə bir cəzalı var: "Turan Tovuz"la görüşdə qırmızı vərəqə alan İqor Ribeyro qarşıdakı iki matçı buraxacaq.
Qeyd edək ki, "Şamaxı" - “Neftçi” qarşılaşması noyabrın 1-də baş tutacaq.

