Belarusun KL təmsilçisi Farer adaları klubu ilə bacarmadı

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsində mübarizə başlanıb.
"Mediasport" xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Farer adaları təmsilçisi "Klaksvik" "Neman"ı (Belarus) məğlub edib.
Raundun digər görüşləri sabah baş tutacaq.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
"Klaksvik" (Farer adaları) - "Neman" (Belarus) 2:0