İspanlar ardıcıl 5-ci, ümumilikdə 8-ci dəfə Avropa çempionu oldu

 İspanlar ardıcıl 5-ci, ümumilikdə 8-ci dəfə Avropa çempionu oldu

19 yaşadək qadın futbolçular arasında Avropa çempionu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Bosniya və Herseqovinada baş tutan birincilikdə əsas titula İspaniya milli komandası sahib çıxıb.

Pireneylilər finalda Almaniya yığmasının məğlub ediblər - 1:0. Yeganə qolu 60-cı dəqiqədə İrune Dorado vurub.

Qeyd edək ki, qitə çempionluğu sayını 8-ə çatdıran ispanların cari uğuru ardıcıl 5-cidir.

Yığma 2004, 2017, 2018, 2022, 2023, 2024 və 2025-ci illərdə də Avropanın ən güclüsü adını qazanıb.

Komanda 5 dəfə isə gümüş mükafatçı olub - 2000, 2012, 2014, 2015, 2016.