Konqo əsilli ukraynalı Mampassi "Turan Tovuz"a keçdi - RƏSMİ

Konqo əsilli ukraynalı Mampassi "Turan Tovuz"a keçdi - RƏSMİ

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Moskva “Lokomotiv”inə məxsus mərkəz müdafiəçisini heyətinə qatıb.

Konqo əsilli ukraynalı mövsümün sonunadək icarəyə götürülüb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.

Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21, Belçika Yüksək Liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyun keçirib.

Mampassi ümumilikdə peşəkar karyerasında 87 matçda 1 qol və 3 məhsuldar ilə yadda qalıb.