Portuqaliya Futbol Federasiyası Ronaldo üçün vida matçı keçirəcək

Portuqaliya Futbol Federasiyası Ronaldo üçün vida matçı keçirəcək

Portuqaliya Futbol Federasiyası əfsanəvi Kriştiano Ronaldonun şərəfinə vida mərasimi təşkil edəcək.

"Mediasport" xəbər verir ki, qurum superulduzun milli komanda karyerasını başa vurması ilə bağlı açıqlama yayıb.

Federasiya 41 yaşlı hücumçunun uzun illər ərzində ölkə futboluna verdiyi töhfələri yüksək qiymətləndirib.

PFF azarkeşlərin və bütün ölkənin iştirakı ilə futbolçuya layiq vida tədbiri keçirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Ronaldo millidə 2003-cü ildən çıxış edirdi.

Fenomen forvard geridə qalan 23 ildə yığma forması ilə 234 oyun keçirib, 146 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

O, milli ilə 2016-cı ildə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibi olub.

Yığmanın heyətində son oyunu bu il sentyabrın 24-də UEFA Millətlər Liqasında Uels kollektivinə qarşı olub.