"Neftçi"nin 5 futbolçusu "Səbail"lə oyunda meydana çıxmayacaq

"Neftçi"nin 5 futbolçusu "Səbail"lə oyunda meydana çıxmayacaq

"Neftçi" Premyer Liqanın 27-ci turunun "Səbail"lə oyununa itkilərlə çıxacaq.

Bu barədə "Mediasport"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "ağ-qaralar"ın 5 üzvü sabhakı görüşdə oynaya bilməyəcək.

Emin Mahmudov, Azər Əliyev, Andrey Ştoqrin və Kristian Bauer zədə səbəbindən kənarda qalacaqsa, Höccət Haqverdi sarı vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilməyəcək.

"Səbail" - "Neftçi" qarşılaşması bu gün saat 16:00-da start götürəcək.