"Neftçi" məşqçisi ilə yollarını ayırdı

"Neftçi" məşqçisi ilə yollarını ayırdı

Mövsüm başa çatan kimi 10 futbolçu ilə əməkdaşlıq müddətini uzatmayan "Neftçi"də "təmizləmə əməliyyatı" davam edir.

"Mediasport" xəbər verir ki, sıra məşqçilər korpusuna çatıb.

Baş məşqçi Samir Abasov rəhbərliyə fiziki hazırlığa cavabdeh şəxslərdən italiyalı Cordano Domeniko ilə işləmək istəmədiyini bildirib.

Beləcə, 1 ildir "ağ-qaralar"da çalışan apenninli yola salınıb.

Paytaxt təmsilçisinin fiziki hazırlıq üzrə digər məşqçi - argentinalı Luçiano Munafo ilə də vidalaşacağı gələn xəbərlər sırasındadır.

Məlumata görə, Abasov yalnız rumıniyalı Boqdan-Kornel Merişanu ilə işləmək niyyətindədir.

Qeyd edək ki, Merişanu "Neftçi"yə 2021-ci ildə həmyerlisi Laurentsiu Regekampf tərəfindən gətirilib, 2022-ci ildə göndərilib. O, düşərgəyə 2025-ci ilin əvvəlində qayıdıb.