Mahir Emreli vurduğu qolu intihar etmiş dayısı oğluna həsr etdi
Almaniya 2-ci Bundesliqasının 26-cı turu çərçivəsində "Karslrue" ilə görüşdə fərqlənən "Kayzerslautern"in futbolçusu Mahir Emreli vurduğu qolu bir müddət əvvəl intihar etmiş dayısı oğlu Sabit Ağayevə həsr edib.
"Mediasport" xəbər verir ki, 29 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşıb:
“Derbi qolu, böyük qələbə, böyük emosiyalar. Bilirəm ki, məni izləyirdin, bu sənin üçün idi, qardaşım, rahat yat, Sabit”.
Xatırladaq ki, forvard komandasının 3:0 hesablı qələbəsilə başa çatan qarşılaşmada sonuncu qolun müəllifi olub.
