PFL və "Misli" idman jurnalistlərini Şamaxıda biraraya topladı - VİDEO
Peşəkar Futbol Liqası və “Misli” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə idman jurnalistləri arasında intellektual yarış təşkil edib.
60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.
Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib.
Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Qalib “qızıl oyun”da müəyyənləşib.
"Sumqayıt" komandası çempion olub, "Sabah" ikinci, "Kəpəz" isə üçüncü yeri tutub.
Çempion "Sumqayıt"a kubok və medallar təqdim edilib.
Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.
Çempion komandanın heyətində "Mediasport" da təmsil olunub.
